FAQ

  • Mən Albalı Plus üzrə kredit ödənişlərimi necə həyata keçirə bilərəm?

    Siz öz kreditlərinizi bankmızın kassalarında, Cash-in aparatlarında, MilliÖn terminallarında nağd, həmçinin  www.hesab.az www.unibank.az saytlarında online ödəyə bilərsiniz. Bunun üçün sizə kredit müqaviləsinin nömrəsi və şəxsiyyət vəsiqəsinin PİN kod lazım olacaq.

    Bu məlumat sizə faydalı oldumu?
    Təşəkkür edirik!
    Siz artıq öz rəyinizi bildirmisiz!
  • Albalı Plus kartı üzrə ödənişləri hansı müddətdə edə bilərəm?

    Kartın növündən asılı olaraq ödəniş müddəti dəyişir. Əgər sizdə Albalı Plus Üzvlük kartdırsa, bu halda ödənişi kart rəsmiləşdirilən gündən 10 gün sonraya kimi edə bilərsiniz. Lokal və ya güzəşt müddətli kartdırsa, hər ayın 1-10 aralığı ödəniş vaxtıdır.



    Bu məlumat sizə faydalı oldumu?
    Təşəkkür edirik!
    Siz artıq öz rəyinizi bildirmisiz!
  • Mən Albalı Plus-la xaricdə alış- veriş edə bilərəm?

    Albalı Plus kartı  MasterCard olaraq beynəlxalq statusa malik kartdır. Bu kartla Siz dünyanın istənilən yerində alış-veriş edə, nağd pul çıxara, online ödənişlər edə bilərsiniz.

    Bu məlumat sizə faydalı oldumu?
    Təşəkkür edirik!
    Siz artıq öz rəyinizi bildirmisiz!
  • Kartı necə əldə edə bilərəm?

    Kartı şəxsiyyət vəsiqəniz, iş yerindən arayış və  ya gəlirləri təsdiq edən hər hansı sənədlə istənilən Unibank filialından əldə etmək olar.

    Bu məlumat sizə faydalı oldumu?
    Təşəkkür edirik!
    Siz artıq öz rəyinizi bildirmisiz!
  • Aylıq borclarımın məbləğini necə öyrənə bilərəm?

    Siz öz kartınız haqqında məlumatı (borcunuz, alış- veriş etdiyiniz mağazalar, ödəməli olduğunuz məbləğlər və s.)  saytın “Şəxsi kabinet” bölümündən əldə edə bilərsiniz. Bunun üçün kartınızın son 8 rəqəmini və şəxsiyyət vəsiqənizin PİN kodunu daxil etməlisiniz.

    Bu məlumat sizə faydalı oldumu?
    Təşəkkür edirik!
    Siz artıq öz rəyinizi bildirmisiz!
  • “Albalı Plus” mobil əlavəsini telefonuma necə yükləyə bilərəm?

     “Albalı Plus” mobil əlavəsini yükləmək üçün mobil əlavənin  ön səhifəsinin ilk sətrinə kartın son 8 rəqəmini , ikinci sətrə isə sistemdə bu kartla bağlı mobil nömrənizi qeyd edib “confirm” düyməsini basmalısınız. Bundan sonra nömrənizə sms-lə kod göndərilir, göndərilmiş kodu üçüncü sətrə yazıb, mobil əlavəyə daxil ola bilərsiniz. Aşağıdakı linklərdən "Albalı plus" mobil əlavəsini yükləyə bilərsiniz:


    Android - http://goo.gl/Ox9k5P
    iOS - http://goo.gl/ZYyEbY 

    Bu məlumat sizə faydalı oldumu?
    Təşəkkür edirik!
    Siz artıq öz rəyinizi bildirmisiz!
  • Sms- banking xidmətindən necə faydalana bilərəm?

    Siz bankımızın geniş imkanları olan sms- banking xidmətindən istifadə edə bilərsiniz. Bunun üçün 8893 qısa nömrəsinə  müəyyən sözləri yazaraq sms göndərməklə müvafiq xidmətdən yararlana bilərsiniz. Misal – BALANS sözünü yazıb göndərsəniz, kartınızın balansı haqqında sms alacaqsınız.

    Bu məlumat sizə faydalı oldumu?
    Təşəkkür edirik!
    Siz artıq öz rəyinizi bildirmisiz!
  • Albalı Plus-la internetdən alış-veriş etmək nə dərəcədə təhlükəsizdir?

    Siz öz kartınızı 3D secure xidmətinə qoşaraq, kartla ödəniş zamanı əlavə parol istifadə edərək ödənişlərinizi daha da təhlükəsiz edə bilərsiniz. Bunun üçün siz www.millikart.az saytında kartınızı 3D secure xidmətinə qoşmalısınız.

    Bu məlumat sizə faydalı oldumu?
    Təşəkkür edirik!
    Siz artıq öz rəyinizi bildirmisiz!